AZ

Macarıstanda Orbanın 16 illik hakimiyyətinə son qoyuldu – qalib müxalif lider ruslara qapını göstərdi…



Macarıstanda bazar günü keçirilən seçkilərdə qalib gələn müxalif Tisza partiyasının lideri Peter Madyar paytaxt Budapeştdə qələbə nitqi ilə çıxış edib. Ölkənin yeni baş naziri olacağı gözlənilən

Madyar seçkilərin qalibinin Macarıstan olduğunu bildirib: "Birlikdə Orban rejimini devirdik və Macarıstanı azad etdik. Vətənimizi geri qaytardıq".

Gənc lider 16 illik hakimiyyətinə son qoyulmuş Macarıstan Baş naziri Orbanla mübarizəsini Davud və Qolyat arasındakı mübarizə ilə müqayisə edib: "İki il əvvəl bir neçə nəfər bu yola çıxdı və nəticədə Davud və Qolyat arasındakı mübarizədə sevgi qalib gəldi. Çünki sonda sevgi həmişə qalib gəlir".

Çıxışı, izdihamın "Ruslar evlərinizə qayıdın" şüarları ilə alqışlanan Madyar bildirib ki, Macarıstan yenidən Avropa ölkəsi olmaq istəyir: “Macarıstan heç bir ölkəyə bağlı olmayan bir dövlət olmaq, uğurun dəyərləndirildiyi bir ölkə olmaq istəyir".

Qələbə nitqində Madyar Macarıstanın Baş naziri Orbana da müraciət edib: "Bundan sonra o, müvəqqəti hökumət kimi fəaliyyət göstərməli və yeni hökumətin əl-qolunu bağlayacaq qərarlar qəbul etməməlidir. Ümid edirik ki, keçid dövrü qısa olacaq. Bu dövrdə ölkə ilə bağlı hər hansı vacib qərar və ya məsələ ortaya çıxarsa, mənimlə əlaqə saxlamaqdan çəkinməsinlər. Macarıstan xalqı sistemin dəyişdirilməsinə qərar verdi. Bu sistemin bir hissəsi olanlar ictimai həyatdan uzaqlaşmalıdırlar".

Madyar, bir daha heç kimin azad Macarıstanı ələ keçirməsinə icazə verməyəcəklərini deyib. O, ilk səfərini Polşaya, ikinci səfərini Vyanaya, üçüncü səfərini isə Macarıstana məxsus AB fondlarını geri qaytarmaq üçün Brüsselə olacaq.

Tahir TAĞIYEV

Seçilən
22
baki-xeber.com

1Mənbələr