AZ

İspaniyanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

İran mətbuatı İspaniyanın İrandakı səfirliyini yenidən açdığını yazıb.

"Cebheinfo.az" xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, Xəzər dənizi sahilində yerləşən Astara sərhədindən ölkəyə daxil olan İspaniyanın Tehrandakı səfiri Antonio Sançes-Benedito Qaspar diplomatik heyəti ilə birlikdə paytaxt Tehrana qayıdıb və fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

İspan səfir qeyd edib ki, ölkəsi Tehrandakı səfirliyini “sülh səylərinə töhfə vermək” məqsədilə yenidən açıb:

“İspaniya hökumətinin siyasətinə uyğun olaraq, ikitərəfli əməkdaşlığı və davamlı sülhü gücləndirmək üçün bölgənin infrastrukturunu ziyarət etmək, iqtisadi və investisiya imkanlarını araşdırmaq gündəmdədir”.

Səfir əlavə edib ki, İspaniya İranla diplomatik münasibətləri inkişaf etdirməklə yanaşı, regionun turizm potensialını da qiymətləndirir və gələcəkdə ortaq əməkdaşlıq imkanlarının yaradılmasına ümid edir.

Qeyd olunur ki, İspaniya atəşkəsdən sonra Tehrandakı səfirliyini yenidən açaraq, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibədən sonra ölkədə diplomatik fəaliyyətini bərpa edən ilk Qərb dövləti olub.

Seçilən
14
cebheinfo.az

1Mənbələr