AZ

“İranın 400 kiloqram uranı toxunulmaz qalır” Harada gizlədilib?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən ilin iyun ayında Donald Tramp İranın nüvə proqramının 12 günlük müharibə nəticəsində tam məhv edildiyini iddia etmişdi. ABŞ bunun üçün nüvə proqramı ilə əlaqəli obyektlərə ağır bunker bombaları atmışdı. Bununla belə, o, hazırkı müharibəni yenə İranın nüvə bombası əldə etmək ərəfəsində olması ilə əsaslandırmışdı. Bu da Trampın bəyanatlarının nə qədər qeyri-ciddi, saxta, yalan olmasının növbəti əlaməti sayıla bilər…

“AzPolitika” xəbər verir ki, "The Wall Street Journal"-ın amerikalı rəsmilərə və ekspertlərə istinadla verdiyi məlumata görə, 40 günlük müharibədəki bombardmandan sonra İran yenə nüvə bombası istehsal etmək qabiliyyətini saxlayır. Keçən il və bu il baş verən bombardmanlar nüvə proqramının əhəmiyyətli bir hissəsinin dağılmasına və zədələnməsinə səbəb olsa da, Tehranı nüvə silahı istehsal etmək qabiliyyətindən məhrum edə bilməyib.

ABŞ-İsrail hücumlarından sonra isə İrandakı rejim nüvə silahı əldə etməkdə daha da qətiyyətli olacaq. ABŞ tərəfində danışıqlara rəhbərlik edən vitse-prezident C.D. Vensin sözlərinə görə, İranın nüvə ambisiyaları ötən həftənin sonlarında keçirilən danışıqlarda əsas maneə olub.

Mart ayında ABŞ və İsrailin iddiasına görə, İranın nüvə silahı ilə bağlı laboratoriyaları və tədqiqat mərkəzləri məhv edilib. Uran zənginləşdirmə xammalı əldə etmək üçün istifadə edilən bir obyekt sıradan çıxarılıb. Lakin ekspertlər deyirlər ki, İran santrifüqləri və dərin yeraltı zənginləşdirmə qurğusunu saxlaya bilib. Ən əsası, MAQATE- nın məlumatına görə, İran artıq 60%-ə qədər zənginləşdirilmiş 400 kiloqramdan çox uranı özündə saxlaya bilib; onun yarısı İsfahandakı nüvə qurğusunun altındakı tuneldə yerləşən konteynerlərdə gizlədilib.

Trampın ilk prezidentlik müddətində Ağ Evdə İran məsələsini idarə edən Erik Bruer nəşrə deyib: "İran urandan asanlıqla imtina etməyəcək, onun tələbləri isə müharibədən əvvəlki danışıqlarda nəzərdə tutulandan daha yüksək olacaq".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
azpolitika.info

1Mənbələr