ABŞ Prezidenti Donald Trampın tənqidlərinə cavab olaraq Papa XIV Leo müharibəyə qarşı çıxmağa davam edəcəyini bildirib.
Publika.az xəbər verir ki, “Reuters” agentliyi pontifikin sözlərini sitat gətirib.
"Mən müharibələrə qarşı açıq şəkildə çıxış etməyə davam edəcəyəm, problemlərə ədalətli həll yolları axtararaq dövlətlər arasında sülhü, dialoqu və çoxtərəfli münasibətləri təşviq etməyə çalışacağam", - deyə o bildirib.
Papa XIV Leo bəzi siyasətçilərin xristian mesajından sui-istifadə etdiyini qeyd edib. Bununla belə, Papa ABŞ prezidenti ilə debata girmək niyyətində olmadığını vurğulayıb.