AZ

Hörmüz boğazında düyünlənib dünyanın ən yağlı tikəsi... Günün şeiri

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kulis.az "Günün şeiri" layihəsindən Kənan Hacının "Hörmüz boğazı" şeirini təqdim edir.

Saat öz əbədi vərdişindədir,

baxıram, əqrəbin yönü beşədir,

xəbər axınları qoymur yatmağa,

Hörmüz boğazında düyünlənib

dünyanın ən yağlı tikəsi,

bəşərin ən uzun səksəkəsi...

dünya xəritəsinin tıxanma nöqtəsi,

Xeyir Tanrısının duaları

iki körfəz arasında asılı qalıb,

sual ver tarixə -

bu savaşda kim uduzub,

kim qələbə çalıb?

Tarix bu sualın cavabını

gələcəyə saxlayıb,

zaman əbədi vərdişindədir,

öz işindədir...

O kimdi öz “qələbə”siylə öyünür?

Dünyanın nəbzi Hörmüzdə döyünür,

xəbər axınları qoymur yatmağa...

11 aprel, 2026

İtaliyada Mussolininin tarixi villası dövlət tərəfindən satın alındı - Səbəb

Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır

Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
kulis.az

2Mənbələr