Rusiya İran ətrafında yaranmış gərginliyin azaldılması üçün istənilən vasitəçilik xidmətlərini göstərməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, Rusiya gərginliyin həllinə töhfə verəcək istənilən “yaxşı xidmətləri” göstərməyə açıq olaraq qalır.
O vurğulayıb ki, bu təklif Rusiya Prezidenti Vladimir Putin tərəfindən həm ABŞ, həm də region ölkələri ilə təmaslar zamanı irəli sürülüb və hələ də qüvvədədir. Lakin onun sözlərinə görə, bu təşəbbüs indiyədək reallaşdırılmayıb.
Aytəkin TOFİQQIZI