AZ

Politoloq: ABŞ nin növbəti hədəfi Kuba deyil

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Migel Dias-Kanel ABŞ Prezidenti Donald Trumpın mümkün təhdidlərinə sərt reaksiya verərək bildirib ki, Kuba hər hansı hərbi müdaxilə halında özünü müdafiə etməyə hazırdır və bu cür addım ağır nəticələr doğurar.

Sözügedən məsələ ABŞ-nin növbəti hədəfinin Kuba olub-olmayacağını sualını doğurur.

Gununsesi.info-ya danışan politoloq Turan Rzayev bu barədə qeyd edib ki, hazırkı mərhələdə Vaşinqtonun Kubaya qarşı birbaşa hərbi əməliyyatlara başlaması ehtimalı aşağıdır.

Bunun əsas səbəbi ABŞ-nin eyni vaxtda bir neçə istiqamətdə, xüsusilə Iran və digər geosiyasi gərginlik zonalarında risklərlə üzləşməsidir.

Onun fikrincə, Çin və Rusiyanın Kubaya siyasi dəstəyi də mümkün müdaxilə ssenarisini çətinləşdirir.

Təhlillərə görə, ABŞ-nin əsas strategiyası birbaşa hərbi müdaxilədən daha çox daxili təzyiq mexanizmlərinə, siyasi və sosial sabitliyin zəiflədilməsinə yönələ bilər.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr