AZ

Netanyahu "edam olundu"

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İskəndərun şəhərində axşam saatlarında bir qrup Yaxın Şərqdəki hadisələrə etiraz etmək üçün aksiya keçirib. Qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilən tədbir məscidinin qarşısından başlayaraq şəhər daxilində yerləşən Ulu məscidə qədər davam edib.

Hafta.az yazır ki, iştirakçılar müxtəlif bayraq və pankartlar daşıyaraq yol boyu şüarlar səsləndiriblər. Marşrutun sonunda qısa çıxışlarda bölgədə həyatını itirənlərin xatirəsi anılıb və kollektiv dua edilib.

Daha sonra vətəndaşlar İsrailin baş naziri Binyamin Netanyahunun manekenini müvəqqəti dar ağacından asaraq "edam ediblər" və fotoşəkillərini tapdalayıblar.

Seçilən
1
hafta.az

1Mənbələr