AZ

İranda SENSASİON REKORD: İnsanların ölüm sayına görə…

İranda ölüm hökmlərinin icrasında “rekord” artım qeydə alınıb.

KONKRET.az xəbər verir ki, iki insan haqları təşkilatının məlumatına görə, 2025-ci ildə İran hakimiyyəti azı 1 639 nəfəri edam edib.

Bu göstərici 1989-cu ildən bəri ən yüksək illik rəqəm hesab olunur.

Təşkilatlar bildirirlər ki, Tehran son aylarda baş verən etirazlar, eləcə də İsrail və ABŞ ilə artan gərginlik fonunda ölüm cəzasından daha geniş istifadə edə bilər.

Iran “Human Rights” və “Together Against the Death Penalty” tərəfindən hazırlanan birgə hesabatda qeyd olunur ki, bu rəqəm 2024-cü illə müqayisədə 68% artım deməkdir. Ötən il 975 edam hökmü icra olunmuşdu.

Hesabatda vurğulanır ki, əgər İran hazırkı böhrandan çıxarsa, ölüm cəzası daha geniş şəkildə repressiya və təzyiq vasitəsi kimi istifadə oluna bilər.

Məlumata əsasən, edam edilənlər arasında 48 qadın da olub.

Təşkilatlar bildirirlər ki, edamların kəskin artması bu cəzanın əhalini qorxutmaq və cəmiyyəti nəzarətdə saxlamaq vasitəsi kimi daha aktiv tətbiq edildiyini göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
26
konkret.az

1Mənbələr