AZ

Hakan Fidan: İsrail Türkiyəni yeni düşmən elan etmək axtarışındadır

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Anadolu Agentliyinin redaksiya masasında Türkiyənin xarici siyasəti və dünya gündəmi ilə bağlı açıqlamalar verib. O, İranla bağlı vəziyyətdən sonra İsrailin düşmən olmadan yaşaya bilmədiyini bildirib və “Türkiyəni yeni düşmən elan etmə axtarışındadırlar” ifadəsini işlədib. Fidan ABŞ-İran danışıqları barədə də “Hər iki tərəf atəşkəs məsələsində səmimidir, ehtiyacın fərqindədir” deyib.

Sherg.az xəbər verir ki, nazir Anadolu Agentliyinin redaksiya masasında çıxışı zamanı beynəlxalq gündəmi dəyərləndirib.

H. Fidan açıqlamalarında əsas məqamlara toxunaraq vurğulayıb:

Dünən tərəflər danışıqlarda əldə olunan irəliləyişi ictimaiyyətlə bölüşüblər. Biz də bütün gün boyu prosesdə iştirak edən tərəflərlə əlaqədə olmuşuq. Burada biz nə edə bilərik, hansı töhfəni verə bilərik – bunu qiymətləndiririk. Danışıqların harada tıxandığını da izləyirik.

ABŞ tərəfi daha aydın açıqlama verib. Vitse-prezident Vens mətbuat konfransında nüvə məsələsində müəyyən tıxanma olduğunu bildirib. Biz tərəflərlə danışanda görürük ki, hazırda müxtəlif təkliflər var. Mən uzun illər danışıqlar təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, tərəflər əvvəlcə maksimalist mövqe ortaya qoyur, sonra isə kompromisə gedirlər.

Hazırda hər iki tərəf atəşkəsə səmimi yanaşır və ehtiyacın fərqindədir. Təbii ki, burada İsrail amili də var və onun prosesi pozma ehtimalı daim nəzərə alınmalıdır.

Nüvə məsələsində 15 gün ərzində yekun sənəd imzalamaq real olmaya bilərdi. Əgər proses yaxşı getsə, 45–60 günlük atəşkəs dövrü ilə danışıqlar davam edə bilər".

Hörmüz boğazı ilə bağlı da nazır bildirib ki, burada çox incə bir balans var: boğazın açıq qalması ilə müharibənin bir hissəsi olmaq arasında seçim problemi mövcuddur.

O qeyd edib ki, bölgədə enerji axını dünya iqtisadiyyatı üçün həssasdır və münaqişə davam edərsə ciddi qlobal böhran yarana bilər. Türkiyə isə gərginliyin artmaması və diplomatik həll üçün səylərini davam etdirir.

Fidan həmçinin İsrailin regional siyasətinə toxunaraq bildirib ki, Qəzza, Livan və Suriya daxil olmaqla bölgədə genişlənmə meyilləri müşahidə olunur. Onun sözlərinə görə, İsrail bu siyasətini “təhlükəsizlik” adı altında həyata keçirir.

Nazir əlavə edib ki, İsrail Türkiyənin regiondakı mövqeyindən narahatdır və bu səbəbdən Türkiyəni yeni düşmən kimi göstərməyə çalışır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
7
sherg.az

8Mənbələr