AZ

ADY Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Qurumdan Publika.az-a verilən məlumata görə, əlavə reyslər 18 və 19 aprel tarixlərində həyata keçiriləcək.

Qeyd olunur ki, sözügedən reyslər üçün biletləri sərnişinlər 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.

Bundan əlavə, Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik qatar səfərlərinin təşkili davam edir.

Seçilən
2
49
publika.az

10Mənbələr