"Azərbaycanda bir çox fənn mütəxəssisləri sualları hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik səviyyəsini ölçməyə. Halbuki bu yanaşma dəyişməlidir. Sual elə qurulmalıdır ki, çaşdırmaq məqsədi daşımadan, onun nəyi bacarıb-bacarmadığını düzgün şəkildə üzə çıxarsın", - bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
Maraqlıdır ki, çaşdırıcı sualların üstünlük təşkil etməsi istər şagirdlərdə, istərsədə müəllimlərdə hansı yanlış öyrənmə strategiyalarının formalaşmasına səbəb olur? Həmçinin, bu tərzdə hazırlanmış sual həqiqətən keyfiyyətli sualdır, yoxsa sadəcə mürəkkəb qurulmuş bir "tələdir"?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu cür sualların istifadə edilməsi daha bilikli şagirdlərin düzgün müəyyənləşdirilməsini də çətinləşdirir:

Ona görə də suallar hazırlanarkən çaşdırıcı və hiyləgər yanaşmalardan uzaq durulmalı, konkret olaraq hansı mövzu üzrədirsə, həmin mövzunun biliklərini ölçən suallar tərtib olunmalıdır. Məsələn, elə hallar olur ki, biologiya ilə bağlı sual verilir, lakin sualın daxilində riyaziyyatla inteqrasiya edilmiş elementlər yer alır. Bu isə düzgün yanaşma hesab edilə bilməz.
Hiyləgər və çaşdırıcı suallar olmadan, konkret bilik tələb edən suallar hazırlandığı zaman şagirdlərin daha obyektiv qiymətləndirilməsi mümkün olar. Eyni zamanda, onların mövzular üzrə bilik səviyyəsini daha rahat müəyyənləşdirmək mümkündür. Əks halda, bu cür sualların istifadə edilməsi daha bilikli şagirdlərin düzgün müəyyənləşdirilməsini də çətinləşdirir".