Məlum olur ki, İran rejiminin daha bir məşhur nümayəndəsi, Qadın və Ailə Məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın oğlu İsa Haşemi, onun arvadı Məryəm Təhmasibi və oğlu Mobin Haşemi də 2014-cü ildən yaşıl kartla "böyük şeytan" ölkəsi adlandırdıqları ABŞ-da özlərinə rahat yaşayış yeri seçiblər.
Məsumə Ebtekar hələ 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinə basqın edən və bir ildən çox müddət ərzində 52 amerikalı girov saxlayan bir qrup tələbənin sözçüsü kimi tanınmışdı.
Məsumə Ebtekarın oğlu və ailəsindən əvvəl isə
ABŞ hakimiyyəti 2020-ci ildə ABŞ qüvvələri tərəfindən öldürülən SEPAH Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin qardaşı qızı və nəvəsinin yaşıl kartlarını rləcə də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızının və ərinin qanuni daimi sakin statusunu ləğv edib.
Bəs İran rejiminin əzəli düşmən hesab etdiyi Abş-da ayətulla rejiminin daha hansı məşhur nümayəndələrinin ailə üzvləri yerləşiblər.
İlk növbədə onların arasında ABŞ-ın keçmiş prezidenti Məhəmməd Hatəminin (1997-2005) qızı Leyla Hatəmi diqqəti çəkir. 41 yaşlı Leyla Hatəmi Union Kollecinin professorudur və artıq ona işdən çıxarılması üçün çağırışlar səslənir.
Massaçusets Lovel Univrrsitetinin professor assistenti Zeynəb Hacariyan isə İran kəşkiyyat agentliyi VEVAK-ın (Ettelaat) qurucularından biri, keçmiş daxili işlər nazirinin müavini Səid Hacariyanın qızıdır. O və həyat yoldaşı Əlirza Rəisi 2022-ci ilin iyununda 64 Ferdinand St
Melrose, MA 02176 ünvanında 881.000 dollara mülk alıblar. Lakin müharibə səbəbindən və deportasiya qorxusundan hazırda evi əmlak şirkətləri vasitəsilə 1 milyon dollara (160 milyard tümən) satışa çıxarıblar.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa ölkələri üzrə baş direktoru, ayətullah Seyid Mustafa Mohəqqəq Danadın qızı Zara Mohəqqəq Damad İllinoys Urbana-Şampeyn Universitetinin (UIUC) Nüvə, Plazma və Radiologiya Mühəndisliyi kafedrasının professoru və Donald Biggar Willett Fakültə Təqaüdçüsüdür. Onun deport olunması haqqında iraəsilli ABŞ vətəndaşları tərəfndən hələ bu ilin yanvarında Xameneyi hakimiyyətinə qarşı etirazlar zorakılıqla yatırıldığı günlərdə başladılmışdı.
Corc Vaşinqton Universitetinin tibb üzrə dosenti Ehsan Nobəxt isə eçmiş səhiyyə nazirinin müavini Əli Nobəxt Həqiqinin oğludur.
İranın keçimiş nazir mavininin qızı Nilufər Nobəxt də ABŞ-da yaşayır, o Los Anceles Kaliforniya Universitetində dərs deyir, böyrək həkimidir.
Məqalə xaricdə yaşayan bloger Cavanşir Həsənlinin sosial media hesabından götürülüb.