AZ

Qurumların diqqət etməli məqamları AÇIQLANDI

Ajans.az  xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib. Qeyd olunub ki, uyğunsuzluq məbləğinin 170.4 milyon manatını büdcəyə hesablanmış zərər təşkil edib: "Büdcəyə hesablanmış zərərin 101.5 milyon manatı üzrə vəsaitin bərpası, 40.2 milyon manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28.7 milyon manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib. Keçirilmiş KDMN tədbirləri ilə maliyyə elementləri üzrə aşkarlanmış təhriflər ümumiləşdirilməklə iki istiqamətdə qruplaşdırılıb, əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid edilib. Maliyyə təhriflərinin 481.3 milyon manatı əhəmiyyətli, 145 milyon manatı isə digər təhriflərdən ibarət olub". Qeyd olunub ki, aparılan nəzarət tədbirlərinin nəticələrinə əsasən, hesab edilib ki, qurumlar tərəfindən diqqət edilməli məqamlar və əsas risklər aşağıdaklardan ibarətdir: - Qurumlar tərəfindən daxili nəzarət mühitinə və daxili auditə diqqət yetirilməməsi və ya nəzarət mexanizminin işlək olmaması, bəzi hallarda isə müvafiq sistemin müxtəlif elementlərinin təkmil fəaliyyət göstərməməsi: - Tikinti sahəsində görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqların mövcud olması (uzun müddət aktual olan): - Tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulunun ləngiməsi; - Dövlət sektorunda əməyin ödənişi üzrə qurumlararası disproporsiyaların mövcud olması; - Bəzi sahələr üzrə xərc normativlərinin olmaması və ya yenilənməməsinin dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz istifadəsinə və ya təyinatının dəyişdirilməsinə şərait yaratması, audit prosedurlarının keçirilməsinə və meyarların tətbiqinə mənfi təsir etməsi; - Bir mənbədən satınalma metodunun vaxta qənaətə imkan verməsi fonunda, əksər hallarda vəsaitə qənaətlə nəticələnməməsi; - Bir mənbədən satınalma metodu zamanı ehtimal olunan qiymətin hesablanmamasının müqavilə məbləğinin bazar qiymətlərinə uyğun formalaşmamasına, sonda isə vəsaitin artıq icra edilməsinə gətirib çıxarması; - Nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, dövlət sifarişi şərtlərindən kənar və nəticə əsaslı şərtlər müəyyən edilmədən dövlət vəsaitlərinin xərclənməsi; - Bəzi hallarda hüquqi aktların tələblərinə əməl edilməyərək aktivlərin və öhdəliklərin inventarizasiyasının ümumiyyətlə və yaxud müəyyən edilmiş müddətdə aparılmaması; - Konsolidə edilmiş maliyyə hesabatlarının tərtibinə mühasibat uçotunun subyektləri tərəfindən fərqli beynəlxalq standartların tətbiqi və bəzi qurumlar tərəfindən yeni mühasibat uçotu standartlarına tam keçid edilməməsi;

- Müəyyən hüquqi tənzimləmənin qüvvədə olması şəraitində fəaliyyətin qiymətləndirilməsi metodologiyasının (xərc-gəlir, xərc-nəticəlilik və s.) praktiki olaraq tətbiq edilməməsi.

Seçilən
20
Ajans.az

1Mənbələr