AZ

Kəskin artımların təkrarlanması real görünmür İqtisadçı

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Hazırda qızıl bazarında nisbətən sabit və optimal qiymət intervalı müşahidə olunur. Gələcək perspektivdə qiymət artımı ehtimalı istisna olunmasa da, əvvəlki dövrlərdə qeydə alınan kəskin artımların təkrarlanması real görünmür”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a bildirib.

Ekspert qeyd edib ki, daha çox ehtimal olunan ssenari mərhələli və məhdud, təxminən 5-10 faiz civarında artım dinamikasıdır ki, bu da bazarın artıq daha balanslı və sabit fazaya keçdiyini göstərir: “Şərq ölkələri, xüsusilə də ənənəvi olaraq qızıla yüksək maraq göstərən regionlar, müəyyən siyasi və iqtisadi səbəblərdən bu dövrdə alış prosesində fasilələr verə bilib. Bu isə bazarda təklifin artmasına, eyni zamanda tələbin nisbi şəkildə azalmasına gətirib çıxarıb. Nəticədə qiymətlərin aşağı istiqamətdə korreksiyası qaçılmaz olmuşdu”.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
525.az

1Mənbələr