Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Macarıstan Baş naziri Viktor Orbanın liderliyindəki Fidesz Partiyasının parlament seçkilərini uduzmasından sonra Avropa İttifaqının (Aİ) dağılmasının daha da sürətlənəcəyi proqnozunu verib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X hesabından etdiyi paylaşımda Macarıstandakı parlament seçkilərinin nəticələrini dəyərləndirib:
"Bu, Aİ-nin çöküşünü yalnız sürətləndirəcək. Dörd ay sonra haqlı olub-olmadığımı yoxlayın". Macarıstanda 77.8 faizlik rekord iştirak göstəricisi ilə baş tutan seçkilərdə müxalifətdəki Tisza Partiyası parlamentdəki 199 yerdən 138-ni qazanıb.
Orbanın liderliyindəki Fidesz - Xristian Demokrat Xalq Partiyası ittifaqı da parlamentə girməyi bacarıb. Məğlubiyyəti qəbul edən Viktor Orban rəqiblərini qələbə münasibətilə təbrik edərək partiyasının müxalifətdə belə ölkəyə xidmət etməyə davam edəcəyini bildirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.