AZ

Litvanın Azərbaycandakı səfiri Katın qətliamı ilə bağlı paylaşım etdi

BAKI, 13 aprel. TELEQRAF

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus Katın qətliamı qurbanlarının xatirəsini yad edib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.

"Bu gün biz Katın qətliamı qurbanlarını – bizə Rusiya imperializminin əsl simasını, həmçinin Sovet rejiminin Litva, Latviya, Estoniya, Azərbaycan, Ukrayna, Moldova və Macarıstan kimi bir çox digər xalqlara qarşı törətdiyi cinayətləri xatırladan hadisəni anırıq. Avropa həmrəylik içində olanda və tarixə dürüstlüklə nəzər yetirəndə daha güclü olur",- o vurğulayıb.

Seçilən
12
teleqraf.com

1Mənbələr