AZ

“Azərbaycanın qlobal rəqabətə qoşulmaq istiqamətində atdığı addımlar təqdirəlayiqdir” Rektor

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Azərbaycan da Süni İntellektin inkişafı istiqamətində son dövrlərdə mühüm və sistemli addımlar atır. Prezident İlham Əliyev tərəfindən 19 mart 2025-ci ildə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi, 11 fevral 2026-cı ildə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi və həmin müşavirədə müəyyənləşdirilən prioritetlər bu sahəyə verilən yüksək əhəmiyyətin bariz göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkədə rəqəmsal transformasiyanın institusional əsaslarını daha da gücləndirir və Süni İntellekt sahəsində vahid yanaşmanın formalaşdırıldığını göstərir. Bütün bunlar Azərbaycanın bu yeni və strateji sahədə öz baxışına malik olduğunu və qlobal rəqabətdə layiqli yer tutmaq niyyətini  nümayiş etdirir”.

Bunu 525.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin ( UNEC) rektoru professor Ədalət Muradov deyib.

Rektor hesab edir ki, Süni İntellektin inkişafı baxımından ölkənin böyük və ya kiçik olması  həlledici faktor deyil. Əsas məsələ düzgün prioritetlərin seçilməsi, resursların səmərəli səfərbər olunması və dəyişikliklərə operativ reaksiya verə bilməkdir. Bu baxımdan Azərbaycanın qlobal rəqabətə qoşulmaq istiqamətində atdığı addımlar və bu sahədə potensialın formalaşdırılması çox təqdirəlayiqdir:

“Mövcud durumu və imkanları, mümkün qısa vaxtda müsbət nəticələr əldə etmək zəruriliyi nəzərə alınaraq  Süni İntellektin tətbiqi baxımından təhsil və elm sahələrinin prioritet istiqamət kimi müəyyənləşdirilməsi məqsədəuyğun görünür. Artıq Ağıllı Təhsil, Sİ-li təhsil qlobal gündəmdədir və aktiv formalaşma mərhələsindədir. Bu kontekstdə bu gün dünyanın aparıcı ali təhsil mərkəzləri yeni texnoloji reallıqlara uyğun olaraq yenidən formalaşır və eləcə də, dünyada tamamilə yeni ali təhsil mərkəzləri yaranmaqdadır. Bu isə onu göstərir ki, məhz indi yeni ali təhsil liderlərinin ortaya çıxması üçün əlverişli tarixi mərhələdir. İnanırıq ki, yeni "harvard"lar məhz indi formalaşır və Azərbaycanın da bu sahədə potensialı və real şansları var. Bu şansın reallaşdırılmasının isə iki əsas amildən, daha doğrusu bu yeniliklərə mümkün qədər tez başlamaqdan və dəyişikliklərin sürətindən asılı olduğuna inanırıq”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr