AZ

Çin Trampın Hörmüz boğazı ilə bağlı hədəsindən sonra tərəfləri təmkinli olmağa çağırıb

Çin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazında İrana qarşı dəniz blokadası tətbiq etmək hədəsinə münasibət bildirərək tərəfləri təmkinli olmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun jurnalistlər üçün brifinqdə bildirib.

O qeyd edib ki, Hörmüz boğazında təhlükəsiz, sabit və maneəsiz hərəkət beynəlxalq ictimaiyyətin ümumi maraqlarına xidmət edir.

XİN rəsmisi əlavə edib ki, Çin enerji təhlükəsizliyi və təchizatın qorunması üçün bütün tərəflərlə əməkdaşlıq etməyə hazırdır.

Seçilən
6
21
apa.az

10Mənbələr