AZ

Bu gün şəhid Cavadov Mahmudun doğum günüdür

Cavadov  Mahmud  Heydər  oğlu 13 aprel 1999-cu  ildə, Bakı  şəhərində  anadan  olub. Əslən Cəbrayıl şəhərindən olan M.Cavadov 2005-2016-cı illərdə  Yasamal  rayon,  A. Ağaverdiyev  adına  31  nömrəli  tam orta məktəbdə orta təhsilini tamamlamış, 2016-2020-ci  illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci  ildə  həqiqi hərbi xidmətə çağırılmışdır.  Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir.

İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda döyüşlərdə böyük şücaət göstərən M.Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına şəhid olmuşdur.

İkinci  Şəhidlər  Xiyabanında dəfn  edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud  Heydər  oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarıı ilə təltif edilmişdir. 

Seçilən
13
qht.az

1Mənbələr