AZ

“Çelsi”də ciddi maliyyə böhranı

BAKI, 13 aprel. TELEQRAF

İngiltərənin “Çelsi” klubunda ciddi maliyyə böhranı yaranıb.

Teleqraf xəbər verir ki, “zadəganlar” 2025-ci təqvim ilində 262.4 milyon funt sterlinq (600 milyon AZN) ziyan edib.

Bu barədə məlumatı klubun sahibi olan “CFC Holdings” şirkəti yayıb. Belə ki, şirkət klub barədə maliyyə hesabatında klubun, 262,4 milyon funt sterlinq maddi ziyanının olduğunu göstərib.

London təmsilçisinin gəliri əvvəlki il ilə müqayisədə 22.4 milyon funt sterlinq artıb, lakin oyunçu transferlərinin daha yüksək amortizasiyası, əmək haqqı öhdəlikləri və digər xərclərin artması klubun büdcə balansını pozub.

Bununla da “Çelsi”nin əmək haqqı xərcləri 294,6 milyon funt sterlinqdən 312,8 milyon funt sterlinqə yüksəlib. Həmçinin futbolçu transferindən əldə edilən gəlirlər 152,5 milyon funt sterlinqdən 57,9 milyon funt sterlinqə qədər azalıb.

Seçilən
4
teleqraf.com

1Mənbələr