AZ

"Hizbullah" dünyaya meydan oxudu: Buna heç kimin gücü çatmaz!

Livanda “Hizbullah” hərəkatının tərksilah olunması ilə bağlı hökumətin qərarı reallıqdan uzaqdır və bu istiqamətdə heç bir addım atılmayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Hizbullah”ın Siyasi Şurası sədrinin müavini Mahmud Komati RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, nə Livan dövləti, nə hökumət, nə də beynəlxalq qüvvələr “Hizbullah”ı tərksilah etmək gücündədir: “Bu, mümkünsüz məsələdir. Heç bir formada buna nail olmaq olmaz. Livan ordusu da bu prosesdə iştirak etməyəcək”.

Komati hesab edir ki, Livan ordusu mövcud vəziyyəti hökumətdən daha ayıq qiymətləndirir. O qeyd edib ki, hökumətin iclası zamanı ordu komandanı qəbul edilən qərarların sadəcə “kağız üzərində qaldığını” və onların həyata keçirilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, regionda gərginlik martın 2-nə keçən gecə “Hizbullah”ın İsrail ərazisinə raket hücumlarını bərpa etməsi ilə yenidən alovlanıb. Buna cavab olaraq İsrail Livanın cənubu, Bəkaa vadisi və paytaxt Beyrut daxil olmaqla bir sıra ərazilərə genişmiqyaslı zərbələr endirib.

Seçilən
20
publika.az

1Mənbələr