AZ

“VAŞİNQTON DALANA DİRƏNİB...” Hörmüz boğazının blokadası effekt verəcəkmi?

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

CNN-in məlumatına görə, İslamabad danışıqlarının uğursuzluğundan sonra Vaşinqton "cəlbedici olmayan variantlar" seçimi ilə üzləşib və dalana dirənib. 

"AzPolitika” xəbər verir ki, bu barədə məlumat yayan CNN-in bildirdiyinə görə, İran ABŞ-nin iki əsas tələbini - nüvə proqramından imtina etməyi və Hörmüz boğazını açmağı qəti şəkildə rədd edib. Trampın ABŞ hərbi gücünün rəqiblərini öz iradəsinə tabe etdirəcəyi barədə iddiaları isə uğursuzluğa düçar olub.

Nəşr qeyd edir ki, hərbi əməliyyatın davam etdirilməsi qlobal iqtisadiyyata zərər vurmaqla hədələyir - neftin qiyməti artıq 8% artaraq bir barel üçün 104 dollara çatıb.

Hərbi əməliyyatlar yenidən ABŞ-nin bölgədəki müttəfiqlərinə qarşı cavab zərbələrinə səbəb ola bilər. Lakin “qələbə” elan edib münaqişədən çəkilmək də ABŞ-nin maraqlarına və reputasiyasına ağır zərbə olar. İran isə hələ də Hörmüz boğazına nəzarət edir və bütün zənginləşdirilmiş uran ehtiyatlarını özündə saxlayır.

Odur ki, ABŞ bu dəfə İranın özünü blokadaya salaraq, onun neft daşımalarının qarşısını almağa qərar verib.

Bu arada “The Guardian” qəzeti yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələri, neft dağılması səbəbindən böyük bir ekoloji fəlakət riskini nəzərə alaraq, Hörmüz boğazının blokadası zamanı İran neft tankerlərinə zərbə endirməyəcək.

Qəzetin müraciət etdiyi ekspertlərin fikrincə, ən çox ehtimal olunan ssenari gəmiləri təhdidlər vasitəsilə istiqamətini dəyişməyə məcbur etmək və itaətsizlik göstərdikləri təqdirdə öz silahlı dəstələrini gəmilərə endirərək onları fiziki olaraq ələ keçirməkdir. ABŞ ordusu hələlik əməliyyatın təfərrüatlarını açıqlamayıb: iştirak edən gəmilərin sayı, hava qüvvələrinin rolu və bölgədəki müttəfiqlərin mümkün iştirakı məlum deyil.

ABŞ Mərkəzi Komandanlığının bildirdiyinə görə, blokada bazar ertəsi günü Bakı vaxtı ilə saat 18:00-da başlayır.

Pentaqondakı keçmiş yüksək vəzifəli məmur Dana Strol nəşrə bildirib ki, bu missiyanı təkbaşına yerinə yetirmək ABŞ üçün çətin olacaq. Onun uzun müddət davam etdirilməsi isə mümkünsüz görünür.

Xatırladaq ki, 11 apreldə keçirilən ABŞ-İran danışıqlarına ABŞ vitse-prezidenti C.D. Vens və İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edib. Tərəflər razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatları isə hələ də məlum deyil.

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
azpolitika.info

1Mənbələr