AZ

Orban dövrü bitdi: Avropada yeni oyun başlayır TƏHLİL

ain.az, Sherg.az saytına istinadən bildirir.

Macarıstanda Viktor Orbanın 16 illik hakimiyyəti sona çatdı! “Avropa üçün oyunun qaydalarını dəyişən inkişaf”

Macarıstanda keçirilən ümumi seçkilərdə 16 ildən sonra hakimiyyətdən gedən keçmiş baş nazir Viktor Orbanın rəqibi, Tisza (Hörmət və Azadlıq) Partiyasının lideri Peter Maqyar qələbəsini elan edib. Seçkilərdə böyük fərqlə öndə olan Magyarı Orban telefonla zəng edərək təbrik etdiyini bildirdi.

Orbanın 16 illik hakimiyyətinin sona çatması dünya mediasında geniş rezonans doğurub. "The New York Times" qəzetinə görə, Viktor Orban uzun müddət Avropa İttifaqı üçün həm çağırış, həm də məyusluq mənbəyi olub. Qəzet yazır ki, bazar günü keçirilən seçkilərdə onun məğlubiyyəti, Brüssel ilə Budapeşt arasında illərdir davam edən gərginlikdən sonra dönüş nöqtəsi ola bilər və Aİ liderləri tərəfindən müsbət qarşılanıb.

Ekspertlərin fikrincə, Orban Ukraynaya ayrılacaq kredit paketini bloklamaq və Rusiyaya qarşı sanksiyalara mane olmaq da daxil olmaqla, Aİ-nin əsas siyasət hədəflərinə tez-tez əngəl törədirdi. Onun hakimiyyətinin Kreml ilə nisbətən yaxın münasibətləri səbəbilə həssas görüşlərdə təhlükəsizlik riski kimi qiymətləndirildiyi qeyd olunur.

Avropa üçün ouunu dəyişən hadisə

"Eurasia Group"un Avropa direktoru Mujtaba Rahman Orbanın məğlubiyyətini “Avropa üçün oyunun qaydalarını dəyişən hadisə” kimi xarakterizə edib.

ABŞ mediası isə Orban dövründə Macarıstanın Aİ daxilində tez-tez problem yaradan tək aktor kimi çıxış etdiyini yazıb.

"Axios" portalına görə, seçkinin son günlərində JD Vancein Orban üçün kampaniya aparmaq məqsədilə göndərildiyi Macarıstandakı siyasi “zəlzələ”nin təsiri Budapeştdən çox uzaqlarda hiss olunacaq.

Xəbərdə əhalisi 10 milyondan az olan bir Mərkəzi Avropa ölkəsi üçün bu seçkinin əhəmiyyətinin olduqca böyük olduğu vurğulanır.

Orbanın ABŞ, Rusiya VƏ Aİ ilə münasibətləri

Bəs, Orban dövründə Macarıstanın digər ölkələrlə münasibətləri necə idi?

ABŞ: Orban, Donald Trampın yaxın müttəfiqi idi. Trampın MAGA hərəkatı Macarıstanın miqrasiya əleyhinə və xristian milliyyətçi idarəçiliyini model kimi qəbul etmişdi. Tramp seçki kampaniyasının son günlərində şəxsən müdaxilə edərək Vansi Budapeştə göndərmiş və Orban qalib gəlsə, ABŞ-nin “bütün iqtisadi gücünü” Macarıstan iqtisadiyyatını gücləndirmək üçün istifadə edəcəyini bildirmişdi.

Rusiya: Orban, Vladimir Putinin Aİ daxilində ən yaxın tərəfdaşlarından biri idi və Ukraynanın işğalından sonra belə Moskva ilə isti münasibətlərini davam etdirirdi. Onun məğlubiyyətinin Kremlin mühüm müttəfiqini itirməsi demək olduğu və Rusiyanın Avropanı daxildən parçalama cəhdlərini çətinləşdirəcəyi qeyd olunur.

Ukrayna: Orban, Kiyevə yönəlik Aİ yardımlarını dəfələrlə bloklayıb və ya gecikdirib, daha dərin hərbi dəstəyə qarşı çıxıb.

Avropa İttifaqı: Xəbərə görə, Orban hüquq dövləti, miqrasiya və demokratik normalar məsələlərində Brüssel ilə illərlə qarşıdurma yaşayıb. Onun məğlubiyyətinin Macarıstanın Aİ ilə münasibətlərində “reset” ehtimalını artırdığı, sanksiyalar və təhlükəsizlik kimi əsas mövzularda birlik daxilində uyğunlaşmanı gücləndirə biləcəyi bildirilir.

Məğlubiyyəti Aİ-də məmnuniyyətlə qarşılandı

"The Guardian" qəzetinə görə, Avropa üzrə liderlər nəticəni məmnuniyyətlə qarşılayıblar. Böyük Britaniyanın Baş naziri Keir Starmer bunu “yalnız Macarıstan üçün deyil, Avropa demokratiyası üçün də tarixi an” adlandırıb.

Ursula von der Leyen isə bildirib: “Avropanın ürəyi bu gecə Macarıstanda daha güclü döyünür. Bir ölkə yenidən Avropa yolunu tapır. Birlik güclənir.”

Polşanın Baş naziri Donald Tusk Magyarı təbrik edərək macar dilində “Ruslar, evinizə qayıdın!” mesajını paylaşıb.

Fransa Prezidenti Emmanuel Makron Maqyar ilə telefon danışığı apardığını bildirərkən, Almaniya kansleri Friedrik Merz onunla işləməyi səbirsizliklə gözlədiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
sherg.az

1Mənbələr