AZ

Hakan Fidan region ölkələrinə "Təhlükəsizlik Paktı" çağırışı edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Orta Şərqdə artan gərginliyin qarşısını almaq üçün region dövlətlərini vahid təhlükəsizlik çərçivəsində birləşməyə çağırıb.

TurkicWorld xəbər verir ki, regionda davamlı sülh üçün hər bir ölkənin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə təminat verəcəyi bir "Təhlükəsizlik Paktı"-nın yaradılmasının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, İsrailin işğal siyasəti və Hörmüz boğazındakı gərginlik münaqişənin artıq qlobal xarakter aldığını göstərir.

Hakan Fidan Hörmüz boğazındakı ABŞ blokadasına toxunaraq, boğazın bağlanmasının dünya iqtisadiyyatına ağır yük olacağını və Türkiyənin bu məsələdə sülh yolu ilə həllin tərəfdarı olduğunu bildirib. O, həmçinin İsrailin Livandakı əməliyyatlarını kəskin tənqid edərək, Benyamin Netanyahunun regionda yeni düşmən axtarışında olduğunu və Türkiyəni hədəf seçmək istədiyini vurğulayıb. Nazirin sözlərinə görə, Yunanıstan və Cənubi Kiprin İsrail ilə qurduğu hərbi əməkdaşlıqlar bölgəyə təhlükəsizlik deyil, daha çox müharibə və qeyri-sabitlik gətirir.

Seçilən
14
7
turkic.world

8Mənbələr