AZ

Bulvardakı tülpanları zədələyənlər 100 manat cərimələnəcək AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı Bulvarında əkilən dekorativ güllərin bir qismi ziyarətçilərin ehtiyatsızlığı və qaydalara əməl etməməsi nəticəsində məhv olub. Paytaxtın əsas istirahət məkanında yaşıllıqların zədələnməsi həm şəhərin estetik görünüşünü pozur, həm də mühafizə məsələsini yenidən gündəmə gətirir. Sosial şəbəkələrdə yayılan görüntülər cəmiyyətdə geniş müzakirələrə və narazılığa səbəb olub.Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, Bakı Bulvarında dekorativ güllərin əzilməsi və sıradan çıxması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi, yəni ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, zədələnməsi və ya məhv edilməsi inzibati məsuliyyət yaradır:Vəkil deyib ki, həmin məcəllənin 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir:Ekspert vurulan ziyanın miqyası böyük olduğu təqdirdə inzibati cərimənin cinayət məsuliyyəti ilə əvəzlənə biləcəyini də vurğulayıb."Əgər vurulan zərərin məbləği yüksək olarsa, bu halda cinayət məsuliyyəti də yarana bilər", - o bildirib.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
demokrat.az

1Mənbələr