Mərakeş çempionatının 12-ci turunda "Mağrib Fez"in "Vidad"ı qəbul etdiyi matçda əsl şah əsər qeydə alınıb.
Publika.az xəbər verir ki, ev sahiblərinin 28 yaşlı müdafiəçisi Dris Əl Cəbali 81-ci dəqiqədə fantastik qol vurub.
Bu qolun videosu internetdə tez bir zamanda yayılıb. İstifadəçilər artıq onun ən azı 2026-cı ilin ən yaxşı qolu üçün Puşkaş mükafatına namizəd olacağını proqnozlaşdırırlar.
Heybət