AZ

Sabah yağış yağacaq

Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Seçilən
6
18
unikal.az

10Mənbələr