Bakı. Trend:
Hesablama Palatası mənə doğmadır, mütəxəssislərin 80 %-i mənimvaxtımda dəvət olunan kadrlardır. Mən onların hər biri ilə qürurduyuram.
Trend xəbər verirki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin üzvü, deputat Heydər Əsədov komitənin bugünkü iclasındaHesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatınınmüzakirəsi zamanı deyib.
Məlumat üçün bildirək ki, Heydər Əsədov 2007–2013-cü illərdəHesablama Palatasının sədr vəzifəsində çalılşıb.
Millət vəkili iclasda bir sıra tövsiyə və təkliflərlərini dəsəsləndirib:
“Səmərəlilik auditinin əsas seqmenti – strateji auditingenişləndirilməsinə diqqət artırılmalıdır. İdarəetmə auditielementləri , yəni mövcud vəsait idarəetmə strukturu daxilində nəqədər səmərəli verilib – bu məsələyə diqqət eləmək lazımdır.Analitik tədbirlər keçirilir. Mən hesab edirəm ki, analitiktədbirlərin sayını yox, onu konkret funksional idarələrin gündəlikfəaliyyətinə çevirmək lazımdır”.
Deputat bildirib ki, Palatanın səlahiyyətlərinin, kadr sayınıngenişləndirilməsinə böyük ehtiyac var:
“Çünki bundan sonra bu qurumdan daha böyük işlər gözləniləcək”,- deyə o qeyd edib.