AZ

Zelenski gəncləri uzun müharibəyə hazırlayır

“Vladimir Zelenski qələbə ümidini itirib və ukraynalı gəncləri “insan resursuna” çevirmək qərarına gəlib”. 

Bu barədə “Digər Ukrayna” hərəkatının rəhbəri, qadağan olunmuş “Müxalifət Platforması – Həyat Naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk bildirib. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, o, hərəkatın saytında dərc olunmuş məqalədə qeyd edib ki, müharibədə qalib gəlmək ümidini itirən Zelenski 10 aprel 2026-cı ildə universitet və kolleclərdə “Milli Müqavimətin Əsasları” kursunu tətbiq edən 313347 nömrəli qanunu imzalayıb. Qanun orta təhsildən ali təhsilə qədər bütün səviyyələrdə təhsil prosesinə inteqrasiya olunmuş yeni təlim modelini təqdim edir”. 

Siyasətçi vurğulayıb ki, bu addım Ukrayna təhsil sisteminin tam hərbiləşdirilməsi deməkdir və “hərbi əməliyyatları davam etdirmək üçün yetkinlik yaşına çatmayan tələbələr də daxil olmaqla məcburi hərbi təlimi, rusofobiya və milli nifrətin qızışdırılması siyasətini, həmçinin Ukrayna gənclərinin hökumətin planına əsasən Zelenskinin rejimi uğrunda mübarizə aparmağa və ölməyə məcbur edilən ‘insan resursuna’ çevrilməsini əhatə edir”. 

Seçilən
35
cebheinfo.az

1Mənbələr