AZ

Kuba Prezidenti: Vaşinqtonla dialoq çətin olsa da, mümkündür

Bakı, 13 aprel, AZƏRTAC

Kuba Prezidenti Migel Diaz-Kanel ABŞ ilə dialoqun çətin, lakin mümkün olduğunu söyləyərək, iki ölkə arasında onilliklər boyu davam edən gərginliyə toxunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Diaz-Kanel NBC telekanalına açıqlaması zamanı bildirib.

O qeyd edib ki, Kuba miqrasiya, narkotik qaçaqmalçılığı və təhlükəsizlik kimi məsələlərdə Vaşinqtonla danışıqlar aparmağa hazırdır, lakin bu, yalnız “hörmət və bərabərlik” prinsipi əsasında baş tuta bilər.

Kuba Prezidenti ABŞ-ın son ritorikasından narahatlığını dilə gətirərək, sanksiyaların adada iqtisadi çətinlikləri, xüsusən yanacaq çatışmazlığını daha da artırdığını deyib. O, Kubanın dağılmaq üzrə olduğu ilə bağlı iddiaları təkzib edərək, eyni zamanda, əhalinin ciddi çətinliklərə üzləşdiyini etiraf edib.

Davam edən gərginliyə baxmayaraq, Diaz-Kanel Kubanın ABŞ ilə sivil əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə açıq qaldığını vurğulayıb.

Seçilən
16
3
azertag.az

4Mənbələr