Portuqaliyanın Portimão şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı Azərbaycan üçün uğurlu nəticələrlə yekunlaşıb.
Doğru.az xəbər verir ki, yarışda Azərbaycanı 23 gimnast təmsil edib.
Gənclər və böyüklər kateqoriyalarında çıxış edən idmançılar bir çox final mərhələlərinə vəsiqə qazanıblar. Batut gimnastikasında Selcan Mahsudova 4-cü, Maqsud Mahsudov isə 6-cı yeri tutub.
Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarət yığmalar finala yüksələrək yüksək nəticə göstəriblər. Böyüklərdən ibarət komanda 4-cü yerdə qərarlaşıb.
Tamblinq üzrə isə Azərbaycan komandası finalda gümüş medal qazanıb. Fərdi yarışda Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Ümumilikdə Azərbaycan gimnastları 16 finalın 13-nə yüksələrək turnirin ən uğurlu iştirakçıları sırasında yer alıblar.
DOĞRU.AZ