AZ

Karvan Yevlax ın icraçı direktoru və baş məşqçisindən nəcib addım

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Karvan-Yevlax" futbol klubu növbəti dəfə sosial məsuliyyət nümunəsi göstərərək qanvermə aksiyasına qoşulub. Sport24.az xəbər verir ki, klubun icraçı direktoru Elvin Əjdərli və baş məşqçi Fizuli Məmmədov könüllü olaraq donor kimi iştirak edərək humanist təşəbbüsə dəstək veriblər.

 

Aksiya çərçivəsində toplanan qan ehtiyatının müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, eləcə də təcili tibbi yardıma ehtiyacı olan şəxslərə dəstək olacağı vurğulanıb. Klub rəhbərliyi bu cür təşəbbüslərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını qeyd edərək hər kəsi donor olmağa çağırıb.

 

Elvin Əjdərli bildirib ki, insanların həyatını xilas etməyə kiçik bir töhfə vermək hər bir vətəndaşın mənəvi borcudur: "Qan vermək sadəcə tibbi prosedur deyil, bu, insanlığa xidmətin ən gözəl nümunələrindən biridir."

 

Baş məşqçi Fizuli Məmmədov isə bu cür aksiyaların həmrəyliyi gücləndirdiyini vurğulayıb:

 

"Biz yalnız meydanda deyil, cəmiyyət daxilində də nümunə olmağa çalışırıq. İnsanlara faydalı olmaq bizim üçün qürurvericidir."

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
sport24.az

1Mənbələr