AZ

“Papa yanımızda dursun...” Pentqaon Vatikanı hədələyib

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ ilə Vatikan arasında münasibətlər kəskinləşib. 

Xarici KİV-lər yazır ki, Vaşinqton administrasiyası Vatikanı hərbi güclə hədələyib. 

Məlumatlara əsasən, ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi Elbridg Kolbi Vatikanın Vaşinqtondakı səfiri Kristof Pierr ilə görüşdə ABŞ-nin istədiyi hər şeyi edəcək hərbi gücə malik olduğunu bildirib və kilsənin ABŞ-nin mövqeyini dəstəkləməli olduğunu vurğulayıb.

Sızan məlumatlarda qeyd olunur ki, görüş zamanı ABŞ tərəfi tarixdə Fransa krallarının papalıq üzərində təsir göstərdiyi “Avinyon papalığı” dövrünə istinad edərək Vatikan üçün açıq mesaj verib. Bu iddialar beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub və xüsusilə Avropa ölkələrində narahatlıqla qarşılanıb.

Vatikan rəhbəri Pop Leo XIV isə ABŞ-nin İrana qarşı mümkün hərbi addımlarını kəskin tənqid edib. O, çıxışında bu cür əməliyyatları “qeyri-qanuni və əxlaqsız” adlandıraraq dünya liderlərini gücə əsaslanan siyasətdən imtina etməyə çağırıb. Papa həmçinin müharibə ritorikasına qarşı çıxaraq beynəlxalq ictimaiyyəti sülh mövqeyi tutmağa səsləyib. Artan gərginlik fonunda onun 2026-cı ildə planlaşdırılan ABŞ səfərinin qeyri-müəyyən müddətə təxirə salındığı bildirilir.

Məsələ ilə bağlı artan tənqidlərdən sonra Pentaqon və Vatikan nümayəndələri iddiaları təkzib ediblər. Pentaqon açıqlamasında görüşün baş tutduğunu təsdiqləsə də, yayılan məlumatların “şişirdilmiş və təhrif olunmuş” olduğunu bildirib. Rəsmi açıqlamada qeyd olunub ki, görüşdə yalnız strateji məsələlər və xarici siyasətdə etik yanaşmalar müzakirə edilib.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
azpolitika.info

1Mənbələr