AZ

Xəstəxananın həyətindəki ağacları kim kəsib?

Səhiyyə Nazirliyi sosial şəbəkədə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi» PHŞ-nin həyətində kəsilən ağaclarla bağlı paylaşılanlara münasibət bildirib.

Bu barədə “Yeni Sabah”a nazirlikdən məlumat daxil olub. Bildirilib ki, instaqram platformasında "Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" PHŞ ilə bağlı guya qanunsuz ağac kəsilməsi barədə həqiqəti əks etdirməyən məlumat paylaşılıb:

“Bununla bağlı qeyd edilməlidir ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olan ağaclardır, onların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş rəy və müvafiq komissiya qərarları əsasında aparılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur”.

Qeyd edək ki, ərazidən götürülən ağacların əvəzinə yeni ağaclar əkilib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr