AZ

Vüqar Gülməmmədov: 36 audit zamanı büdcə vəsaitlərinin idarə olunmasında nöqsanlar aşkarlanıb

Bakı,13 aprel, AZƏRTAC

2025-ci ilin İş Planına uyğun keçirilən 36 audit və analitik fəaliyyət zamanı büdcə vəsaitlərinin idarə edilməsində nöqsanlar aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında çıxışı zamanı deyib.

V.Gülməmmədov bildirib ki, bu nöqsanlar gəlir və xərclərin proqnozlaşdırılması, vəsaitlərin idarə edilməsi və icrası, əməyin ödənişi və xərc normativlərinə, prosedurlara əməl olunmaması ilə bağlıdır. “Yuxarıda qeyd etdiyim nöqsan göstərir ki, dövlət vəsaitlərinin planlaşdırılması və icrası prosesinin müxtəlif mərhələlərində nöqsanlar müşahidə edilir. Proqnozlaşdırma prosesinə təşkilatlarının lazımi diqqət göstərməməsi vəsaitlərin icra faizinin aşağı olmasına, vəsaitlərinin təyinatının icra prosesində dəyişdirilməsinə və bəzi hallarda kassa icrası göstəricilərinin təhrif olunmasına səbəb olur. Bununla belə bir müsbət məqamı da müşahidə edirik və biz bunu əvvəlki hesabat və rəylərdə xüsusi vurğulayırdıq, bu, xəzinədənkənar qalıqların azalmasıdır”, - deyə Hesablama Palatasının sədri əlavə edib.

Seçilən
11
1
azertag.az

2Mənbələr