AZ

Danışıqlar uğursuz oldu! ABŞ çıxılmaz vəziyyətdədir CNN

ain.az bildirir, Sitat.info saytına əsaslanaraq.

İslamabad danışıqlarının iflasından sonra Vaşinqton "cəlbedici olmayan variantlar" seçimi ilə üzləşib. İran ABŞ-ın iki əsas tələbini - nüvə proqramından imtina etməyi və Hörmüz boğazını açmağı qəti şəkildə rədd edib. Trampın ABŞ hərbi gücünün rəqiblərini öz iradəsinə tabe edəcəyi barədə iddiaları uğursuz olub.

Sitat.info xəbər verir ki, bu barədə CNN-in məlumat verib. , 

Hərbi əməliyyatın davam etdirilməsi qlobal iqtisadiyyata zərər vurur - neftin qiyməti artıq 8% artaraq barel üçün 104 dollara çatıb.  ABŞ-nin yenidən hərbi gücünü  göstərmək istəməsi isə onun bölgədəki müttəfiqlərinə qarşı cavab zərbələrinə səbəb ola bilər. Lakin, hətta "məqsədlərə çatmaq" elanı ilə münaqişədən çəkilmək belə Ağ Evin nüfuzuna baha başa gələcək: İran hələ də Hörmüz boğazına nəzarət edir və bütün zənginləşdirilmiş uran ehtiyatlarını saxlayır.

Xatırladaq ki, 11 apreldə keçirilən danışıqlara ABŞ vitse-prezidentiCeyms Devid Vens və İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edib. Tərəflər anlaşma barədə razılığa gələ bilməyiblər. Yeni raundun mümkün olub-olmayacağı məlum deyil.

Nigar, 

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
sitat.info

3Mənbələr