AZ

Vüqar Gülməmmədov: Maliyyə hesabatlarında isə 2 mlrd. manatdan çox təhrif düzəldilib.

BAKI, 13 aprel. TELEQRAF

Dövlət Maliyyəsinin İdarə Edilməsində yer alan qurumların fəaliyyətindəki hesabatlılıq nəticəsində büdcə zərfində yer alan izahatın həcmi 60%-dən çox artıb. Eyni zamanda, büdcədənkənar dövlət fondlarının büdcə layihələri ilə bağlı sənədləşmə təkmilləşdirilib.

Teleqraf xəbər verir ki, u barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, icmal büdcədə 1 mlrd. manatdan çox gəlirin 2-ci dəfə tanınması aradan qaldırılıb. Büdcə hesabatlılığı üzrə 1 mlrd. manatdan, maliyyə hesabatlarında isə 2 mlrd. manatdan çox təhrif düzəldilib.

Depozit və tapşırıqlar hesabının qalığı üzrə 100 mln. manatdan çox tanınmayan gəlirlər dövlət büdcəsinin gəlirlərində nəzərə alınıb.

Seçilən
5
teleqraf.com

1Mənbələr