AZ

"Sən heç paltar geyinirsən ki...": Hadisəni tənqid etdilər

Axşam.az-ın məlumatına görə, sənətçi konsert zamanı Azərbaycan qadınlarından danışıb. Onun "Səhnə makiyajımı özüm edirəm. Bu gecə dedim ki, bir az çox edim. Azərbaycan qadınları makiyajı çox sevir. Çünki sizlərin makiyajına heyranam" sözləri müzakirələrə səbəb olub. 

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə bununla bağlı paylaşıma (@show_news) tənqidi şərh yazıb. Dadaşova "Artıq səhnələrdə musiqidən başqa hər şey müzakirə olunur" sözlərini yazıb. Müğənni onu tənqid edənlərə isə "Mən nə yazdığımı və onun əslində nə demək istədiyini çox gözəl bilirəm. Onlar özlərini az makiyajlı Avropa, bizi isə çox makiyajlı əyalət insanları hesab edirlər. Siz bunu yedizsə, sizə nuş olsun" cavabını verib. 

Aparıcı Elnarə Təhməzova da Hadisəyə irad bildirib. O, "Azəri qadını yox, Türk kadını. Sən heç paltar geyinirsən ki... Makiyajın da hər zaman abartılı. İndi yadına düşdü azəri xanımları?" deyə, şərh yazıb. 

https://www.instagram.com/reel/DXBcSDFDfC2/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
9
2
cebheinfo.az

4Mənbələr