AZ

Vüqar Gülməmmədov: Ötən il əhatə dairəsi 4,1 milyard manatdan çox olan 26 səmərəlilik auditi keçirilib

Bakı,13 aprel, AZƏRTAC

2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu auditlərinin əhatə dairəsi 4,1 milyard manatdan çox olub. Auditlərin 4-də dövlət proqramı, 2-də beynəlxalq layihə, 4-də strateji planlaşdırma institutu, 6-da Ortamüddətli Xərclər Çərçivəsi üzrə sektor strateji planlar, 16-da Dayanıqlı İnkişaf Məqsədləri üzrə qiymətləndirmələr aparılıb. Bu auditlərin 9-u sosial, 8-i aqrar, 4-ü ekoloji və 5-i digər (elektron hökumət, investisiya və s.) sahələri əhatə edib.

Seçilən
19
5
azertag.az

6Mənbələr