Macarıstanda keçirilən parlament seçkilərində qalib gələn müxalif "Tisa" partiyasının lideri Peter Maryar ölkənin xarici siyasətində ciddi dəyişikliklərin siqnalını verib.
Publika.az xəbər verir ki, bu barədə nüfuzlu "The New York Times" nəşri məlumat yayıb.
Avropa İttifaqının Rusiya ilə enerji bağlarını qoparmağa çalışdığı bir vaxtda Maryar fərqli mövqe nümayiş etdirib.
O bildirib ki, Macarıstan enerji asılılığından qurtulmalı olsa da, Rusiyadan resurs idxalı hələ də mümkün variant kimi masada qalmalıdır.
Yeni rəhbərliyin gəlişi ilə rəsmi Budapeştin Ukrayna siyasətində də yumşalma gözlənilir. Belə ki, Viktor Orban hökuməti tərəfindən bloklanan Ukraynaya 90 milyard avroluq kreditin yeni hökumət tərəfindən sərbəst buraxılacağı ehtimal edilir.