AZ

Fazil Mustafa: “İranın parçalanması Azərbaycanın maraqlarına uyğun deyil”

Gununsesi saytına istinadən ain.az xəbər verir.

ABŞ-İsrail və İran müharibəsi Azərbaycan ictimai-siyasi mühitində də geniş müzakirələrə səbəb olur.

Belə demək olarsa, bu proseslər fonunda İran və İsrail müzakirəsi daha çox gedir.

Başqa cür desək, İsrail və İran meylli şəxslərin mübahisəsi də müşahidə olunur.

Ümumiyyətlə, bəs necə olmalıdır? Biz hansı tərəfdə olmalıyıq?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.

“Bu proseslər bizə çox şeyi göstərdi. Məsələn, həm İran, həm də İsrail zehniyyətli insanların olduğu ortaya çıxdı. Elə adamlar var ki, İranın parçalanacağını düşünür. İranın parçalanması bizim maraqlarımıza da uyğun deyil. İranda bizim soydaşlarımız var və bütün hallarda biz onların mədəni inkişafına maraqlıyıq. Təbii ki, orada da dünyəvi dövlətin qurulması daha yaxşı olar.”, – deyə o qeyd edib.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
icma.az

1Mənbələr