AZ

Özbəkistanın ali təhsil müəssisələrində üçillik təhsil proqramı tətbiq olunacaq

BAKI, 13 aprel. TELEQRAF

Özbəkistanın aqrar ali təhsil müəssisələrində 2026/2027-ci tədris ilindən etibarən üçillik təhsil proqramları tətbiq ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi ölkə prezidentinin fərmanına istinadən məlumat yayıb.

Yeni proqrama əsasən, tədris müddətində nəzəri və praktiki məşğələlərin nisbəti illər üzrə dəyişəcək.

Belə ki, birinci kursda nəzəriyyə 60%, praktika 40% təşkil edəcəksə, ikinci kursda bu nisbət 50/50 olacaq. Üçüncü kursda isə əsas diqqət təcrübəyə ayrılacaq və dərslərin 70%-i praktiki məşğələlərdən ibarət olacaq.

Seçilən
18
teleqraf.com

1Mənbələr