AZ

Ötən il tender keçirilmədən bağlanan müqavilələrin sayı 9%-ə çatıb

Hesablama Palatası dövlət satınalmaları sahəsində aparılan yoxlamalar zamanı ən çox rast gəlinən pozuntuları açıqlayıb. Bu barədə palatanın 2025-ci il hesabatında qeyd olunub. 

Palatanın məlumatına görə, ən geniş yayılmış problem razılaşdırılmış tarixdən əvvəl və məbləğdən artıq bağlanmış müqavilələr olub.

Bu hal ümumi pozuntuların 35,7%-ni təşkil edib.


Bundan əlavə, müqavilə şərtlərinə əməl olunmaması və dəyişdirilməsi halları 16,1% səviyyəsində qeydə alınıb.


Öhdəliklərin yerinə yetirilməməsinə görə cərimələrin tətbiq olunmaması isə 22,5% təşkil edib.


Hesabatda qeyd edilir ki, satınalma keçirilmədən birbaşa bağlanmış müqavilələr də müşahidə olunub və bu hallar ümumi pozuntuların 8,7%-ni əhatə edib.


Digər pozuntuların payı isə 17% olub.


Palata bu sahədə şəffaflığın artırılması, müqavilə intizamının gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi zəruriliyini vurğulayıb.

Gülnar Nazimqızı 

Seçilən
20
anews.az

1Mənbələr