AZ

“Çelsi” – “M.Siti” matçının STATİSTİKALARI

Ötən gün İngiltərə Premyer Liqasında nəfəs kəsən daha bir matç keçirildi.

Bu dəfə “Çelsi” ilə “Mançester Siti” üz-üzə gəldi. Qonaqlar rəqiblərini 3-0 hesabı ilə darmadağın etdilər. Pep Qvardiolanın kollektivi bu qələbə ilə çempionluq inamlarını artırdı. Çünki onlarla lider “Arsenal” arasındakı xal fərqi 4-ə endi. Üstəlik, “şəhərlilər”in ehtiyatda da 1 oyunları var. Yəni bu qələbənin əhəmiyyəti çox böyükdür. Çempionluq şansı qalmayan “Çelsi” isə 5-cı sıraya yüksələrək Çempionlar Liqasına vəsiqə qazanmağa çalışır. Onları bu pillədən cəmi 4 xal ayırır.

Bəs statistikalar nə deyir?

Mançester təmsilçisi 63 faiz topla oynayarkən, ev sahibində bu statistika 37 faizdə qaldı. London klubu 12, qonaqlar isə 18 dəfə qapıya zərbə endirdi. “Çelsi”nin qapıçısı Sançez 5, “Mançester Siti” qapıçısı Donnaruma isə 3 qurtarış etdi. Dəqiq pas ötürmələrində də “zadəganlar” geridə qaldı: 407-685.

Bundan əlavə, qırmızı vərəqənin çıxmadığı oyun olduqca sərt keçdi. Belə ki, “Çelsi” futbolçuları 10, “M.Siti” oyunçuları isə 15 dəfə qaydaları pozdular. Nəticədə ev sahibəri 3, rəqibləri isə 1 dəfə sarı vərəqə ilə cəzalandılar.

Elmir 


 

Seçilən
7
hit.az

1Mənbələr