AZ

Orbanı devirdik, Macarıstanı azad etdik - Magyar

Birlikdə Orbanı devirdik, birlikdə Macarıstanı azad etdik, vətənimizi geri aldıq. Ölkəmiz yenidən yaşamaq istəyir. Yenidən Avropa ölkəsi olmaq istəyir.

AzNews.az xəbər verir ki, bu sözləri Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanı məğlub edən Tisa Partiyasının rəhbəri Peter Magyar deyib.

“Macarıstan yenidən Avropa Birliyində və NATO-da güclü müttəfiq olacaq"

Bu ruhda min illik Polşa-Macarıstan dostluğunu gücləndirmək üçün ilk səfərim Polşaya olacaq. İkinci səfərim Vyanaya, üçüncü səfərim isə Brüsselə olacaq ki, Macarıstan xalqının haqqı olan AB vəsaitlərini vətənə gətirə bilək”, - o qeyd edib.

Seçilən
6
1
aznews.az

2Mənbələr