AZ

Onların övladları ABŞ-dən qovulur: Şok deportasiya qərarı!

ABŞ hakimiyyəti İranın qadın və ailə məsələləri üzrə keçmiş vitse-prezidenti Məsumə Ebtekarın (2017-2021-ci illərdə bu vəzifəni tutub) oğlu İsa Haşeminin “yaşıl kart”ını (green card) ləğv edərək onu saxlayıb. Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, bu qərar yüksək rütbəli İran rəsmilərinin ailə üzvlərinə qarşı tətbiq edilən silsilə tədbirlərin tərkib hissəsidir.

NOCOMMENT.az xəbər verir ki, əməliyyat zamanı Haşemi ilə yanaşı, onun həyat yoldaşı və oğlu da saxlanılıb. Hazırda hər üç şəxs deportasiya olunacaqları günü gözləyirlər. Məlumata görə, ailə ABŞ-a 2014-cü ildə gəlib, 2016-cı ildə isə daimi yaşayış icazəsi alıblar.

Qeyd edək ki, bu, Vaşinqtonun İran elitasına qarşı atdığı ilk addım deyil. Bundan əvvəl 2020-ci ildə ABŞ-ın keçirdiyi əməliyyat nəticəsində öldürülən “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin qardaşı qızı və onun övladının da sənədləri ləğv edilərək ölkədən çıxarılmışdı. Eyni zamanda, İranın Milli Təhlükəsizlik Ali Şurasının keçmiş katibi Əli Laricaninin ölkəni tərk etmiş qızı və kürəkəninin də leqal rezident statusları əllərindən alınaraq, onların ABŞ-a girişi qadağan edilib.

Sara,
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr