Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronla bağlı yayılan iddialara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Vesti” xəbər xidməti üçün aparıcı Andrey Malaxovla söhbətində danışıb.
Zaxarova ötən il Makronun təyyarədən düşərkən “sağ əlinin ilişib qalması” ilə bağlı hadisəni xatırladaraq bu cür iddiaları istehzalı şəkildə şərh edib.
O, gülərək “Bu dramın sonunu görmədik” ifadəsini işlədib.
Məsələ ilə bağlı suala cavab verən diplomat Malaxovdan Makron ailəsində hər şeyin normal olub-olmadığını düşünüb-düşünmədiyini də soruşub.
Zaxarova bildirib ki, ailə məsələləri bağlı qapılar arxasında qalmalıdır və bu cür mövzuların ictimailəşdirilməsi düzgün deyil.
O, Makron və həyat yoldaşı ilə bağlı yayılan məlumatları “karikatura” adlandırıb.
Diplomat əlavə edib ki, belə mövzular daha çox satirik nəşrlər üçün uyğundur.
Aminə ŞAHSUVARQIZI