AZ

Netanyahunun məhkəməsi təxirə salındı

İsrailin Baş naziri Benyamin Netanyahu “təhlükəsizlik və siyasi səbəbləri” əsas gətirərək müraciət etdikdən sonra korrupsiya işləri üzrə məhkəmə iclasları bir həftə təxirə salınıb.

"Cebheinfo.az"-ın İsrailin "Haaretz" qəzetinə istinadən xəbərinə görə, məhkəmə Netanyahunun “son dövrlərdə İsraildə və Yaxın Şərq ümumilikdə baş verən hadisələrlə bağlı təhlükəsizlik və siyasi səbəblər” arqumenti ilə etdiyi müraciəti şərti olaraq qəbul edib. 

Korrupsiya işləri üzrə dinləmələrin iki həftə müddətinə təxirə salınmasını qismən təsdiqləyib.Bu həftə keçirilməsi planlaşdırılan iclasların təxirə salınmasına qərar verən məhkəmə gələn həftə baş tutacaq iclaslarla bağlı isə daha sonra yenidən müraciət edilməsini istəyib.

Məhkəmə cavabında bildirib ki, ətraflı şəkildə izah edilən şərtləri nəzərə alaraq və başqa çıxış yolu olmadığı üçün Netanyahunun müraciəti qəbul edilib.

Netanyahu Qüds Rayon Məhkəməsindən ən azı iki həftə müddətində ifadə verməmək üçün icazə istəyib. Lakin məhkəmə bu tələbi yalnız bu həftə keçiriləcək üç iclas üçün qəbul edib, gələn həftə üçün isə yenidən müraciət edilməli olduğunu vurğulayıb.

İsrailin Baş naziri “1000”, “2000” və “4000” işləri kimi tanınan üç ayrı korrupsiya işi üzrə “rüşvət, dələduzluq və vəzifədən sui-istifadə” ittihamları ilə mühakimə olunur.

Seçilən
25
cebheinfo.az

1Mənbələr