AZ

SEPAH: Hörmüz boğazı İranın qaydalarına uyğun işləyəcək

BAKI, 13 aprel. TELEQRAF

“İranın ərazi sularının təhlükəsizliyi Silahlı Qüvvələr tərəfindən qətiyyətlə təmin olunmağa davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

“İranın ərazi sularının təhlükəsizliyi Silahlı Qüvvələr tərəfindən qətiyyətlə təmin olunmağa davam edəcək, dəfələrlə elan edildiyi kimi, düşmənə məxsus gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və keçməyəcək. Digər gəmilər isə İran Silahlı Qüvvələrinin qaydalarına uyğun olaraq boğazdan keçə biləcəklər”, - o bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Yaxın Şərqdəki Amerika Hərbi Dəniz Qüvvələrinin bu gündən etibarən İran limanlarına daxil olan və çıxan gəmiləri saxlayacağını açıqlamışdı.

Seçilən
16
teleqraf.com

1Mənbələr